27 C
Baku
7 Sentyabr 2025, 12:32
Baş xəbərDünya

Donald Trump özünü ABŞ-ın kralı elan etdi: Ağ Ev tərəfindən paylaşıldı

ABŞ prezidenti Donald Tramp sosial media hesabında “Yaşasın kralımız” deyib. Ağ Ev kral tacını taxan Trampla jurnalın üz qabığını paylaşıb.

ABŞ-da ikinci prezidentlik müddətinə sürətlə başlayan Donald Tramp daha bir maraqlı addım atıb.

 Tramp özünü ABŞ-ın kralı elan edib.

Ən son tənzimləməsini təriflə açıqlayan Tramp sosial mediadakı paylaşımında Nyu-Yorkda tıxaclara görə düzəliş edilən qiymət tariflərini ləğv etdiyini bildirib: “Tıxac qiymətləri öldü. Manhetten və bütün Nyu York xilas oldu. Yaşasın Kralımız!” deyib.

Bu açıqlamadan sonra Ağ Evin rəsmi sosial media hesabında Trampı başında tacı olan bir kral kimi təsvir edən jurnalın üz qabığı paylaşılıb.

Tramp və Ağ Evin “kral” mövzulu paylaşımları sosial mediada diqqət mərkəzinə düşüb.

Nyu-York Qubernatorundan TƏNQİD

Nyu-York qubernatoru Keti Hochul da Trampın Nyu Yorkda tıxaclara uyğunlaşdırılmış qiymət tariflərini ləğv etməsindən sonra sosial media hesabından açıqlama verib.

Tarifləri qaldırmağa dair verdiyi açıqlamada Trampın özünü “kral” kimi təsvir etməsini tənqid edən Hochul, “Biz qanunlar xalqıyıq, bizi kral idarə etmir” deyib.

Hochul, Trampın ləğv etdiyi yol sıxlığına görə düzəliş edilən qiymət tariflərinin müsbət nəticə verdiyini ifadə edərək, bu tətbiqi qorumaq üçün qanuni addım atdıqlarını açıqladı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlərin diqqətəlayiq kəşfi: Ağciyər xərçəngi riski ilə qidalanma arasında əlaqə ola bilər

Aynur Camal

“Heç bir təzyiq Azərbaycan dövlətinin ölkənin qanuni maraqlarını müdafiə etmək iradəsinə təsir göstərə bilməz!”

Teymur Əziz

Türk Hava Yolları Tel-Əviv reyslərini ləğv etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu