Baş xəbərDünya

Donetskdə 2 yaşayış məntəqəsi ələ keçirildi

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Ulaklı və Novoandreyevka yaşayış məntəqələrini ələ keçirdiklərini bildirib. Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb.

Rusiya ordusunun Ukraynada cəbhədəki mövqelərini gücləndirdiyi bildirilən bəyanatda “Cənub və Mərkəzi Hərbi Qrupun birlikləri öz qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Ulakli və Novoandreyevka qəsəbələrini azad edib” , – deyə bildirilib.

Açıqlamada qeyd olunub ki, müharibənin əvvəlindən indiyədək 656 təyyarə, 283 helikopter, 44 min 263 İHA, 596 hava hücumundan müdafiə raket sistemi, 21 min 713 tank və zirehli texnika, 1521 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 21 min 980 min ədəd mərmi və xüsusi təyinatlı hərbi texnika məhv edilmişdir.

Rusiya Müdafiə Nazirliyi dünən Luqansk vilayətində Novolyubovka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Torpaq sürüşməsində 22 nəfər öldü – FOTOLAR

Bugün TV

İranda həbs edilən Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq

Nigar Məmmədova

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub – YENİLƏNİB

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu