Dünya

Donuz böyrəyini köçürən ilk xəstə idi… O, dünyasını dəyişdi

ABŞ-da donuz böyrəyi transplantasiyası alan ilk xəstə olan 62 yaşlı Riçard Slayman vəfat edib. Edilən şərhdə 62 yaşlı kişinin ölümünə əməliyyatın səbəb olmadığı bildirilib.

Dünyada ilk dəfə donuz böyrəyini transplantasiya etdirən Riçard Slaymanın dünyasını dəyişdiyi açıqlanıb. Əməliyyatı reallaşdıran Massachusetts Xəstəxanasından edilən şərhdə bildirilib ki, onun ölümünün onların apardıqları cərrahiyə əməliyyatı ilə bağlı olduğuna dair heç bir əlamət yoxdur.

Transplantasiya ianəsini gözləyən insanlara heyvan hüceyrələrinin, toxumalarının və ya orqanlarının transplantasiyası kimi tanınan “ksenotransplantasiya” müalicəsi 2022-ci ilin may ayında müvəqqəti olaraq donuzlardan beyin ölümü olan 2 xəstəyə böyrək köçürülərək sınaqdan keçirildi.

7 yanvar 2022-ci ildə ABŞ-ın Merilend ştatında bir xəstəxanada ilk dəfə donuz ürəyi köçürülən 57 yaşlı David Bennett əməliyyatdan 2 ay sonra dünyasını dəyişib.

Eyni xəstəxanada 20 sentyabr 2023-cü ildə ikinci dəfə donuzdan insana ürək nəqli əməliyyatı edildi və transplantasiya edilən 58 yaşlı Lourens Faucette əməliyyatdan 6 həftə sonra vəfat etdi.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada 11 ayda kədərli mənzərə: İsrailin hücumunda 16 min 480 uşaq öldü

Aynur Camal

Həbsxanada iğtişaş baş verdi: 2 ölü

Aynur Camal

Sülh sazişi layihəsində irəliləyiş əldə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu