11 C
Baku
3 Dekabr 2025, 9:06
Digər

Dörd Fransa vətəndaşı casusluq ittihamı ilə həbs edildi

Bugun.tv xəbər verir ki, Burkina Fasoda casusluq ittihamı ilə 4 Fransa vətəndaşı saxlanılıb.

Yerli mətbuatın məlumatına görə, Fransa diplomatik pasportu və etibarlı vizası olan 4 nəfər casusluq ittihamı ilə saxlanılaraq 10 gün müddətinə sorğu-sual edilib.

Sözügedən 4 nəfər dindirildikdən sonra həbs edilərək Vaqaduqu həbsxanasına göndərilib.

Fransanın Jeune Afrique internet saytının xəbərində 4 Fransa vətəndaşının Fransa xarici kəşfiyyat xidmətində (DGSE) işlədiyi və həbs olunmazdan bir neçə gün əvvəl Burkina Fasoya daxil olduğu bildirilib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Emmanuel Makron: Tramp-Putin danışıqlarında Ukraynalılar masada olmalıdır

Aynur Camal

Baxmutun azadlığı uğrunda daha bir soydaşımız şəhid oldu

Bugün TV

BMT Beynəlxalq Gənclər Günü münasibətilə müraciət yaydı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu