10 C
Baku
13 Mart 2026, 15:20
Baş xəbərSiyasət

“Dörd məhbusun Ermənistana verilməsində problem yoxdur”

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın Ermənistana dörd məhbusu təhvil verməsində hər hansı problem mövcud deyil.

Bugun.tv– xəbər verir ki, onun sosial media hesabında paylaşımına görə, bu addım iki ölkə arasında münasibətlərin inkişafına və sülh istiqamətində etimadın möhkəmləndirilməsinə xidmət edir.

Ekspert qeyd edib ki, hazırda Ermənistanda seçkilər ərəfəsidir və bu prosesdə baş nazir Nikol Paşinyanın mövqeyinin güclənməsi mühüm əhəmiyyət daşıyır.

Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyanın seçkilərdə qalib gəlməsi “yekun sülh müqaviləsi”nin imzalanması ehtimalını artırır. Dörd məhbusun təhvil verilməsi də Paşinyan tərəfindən seçki kampaniyasında siyasi üstünlük kimi istifadə oluna bilər.

Paylaşımda vurğulanıb ki, Azərbaycan tərəfindən həbs edilən bütün ermənilər cinayət törətmiş şəxslərdir. Onlar Azərbaycanın öz ərazilərində saxlanılıb və törətdikləri cinayətlər sübuta yetirilib.

Siyasi ekspert Məhəmməd Əsədullazadə diqqətə çatdırıb ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı praktik addımlar atdıqdan sonra Azərbaycan humanitar jest olaraq dörd erməni məhbusu təhvil verib. Bununla yanaşı, politoloq bildirib ki, Qarabağda separatçı rejimə və qanunsuz silahlı birləşmələrə rəhbərlik etmiş şəxslərin Ermənistana verilməsi mümkün deyil.

Onun sözlərinə görə, bu şəxslərin Ermənistanda da qəbul olunmaması ehtimalı yüksəkdir. Çünki onlar Ermənistana təhvil verilərsə, potensial olaraq Nikol Paşinyana qarşı müxalif mövqedən çıxış edə və ölkədə revanşizmin güclənməsinə səbəb ola bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu