24 C
Baku
10 Sentyabr 2025, 6:03
Baş xəbərSosial

DOST mərkəzlərində son 4 ayda 238 min vətəndaşa xidmət göstərilib

Bugun.tv-yə daxil olan məlumata görə, bu ilin yanvar-aprel aylarında DOST mərkəzləri tərəfindən 238 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,3 faiz təşkil edib.

Hazırda fəaliyyət göstərən 6 DOST mərkəzində sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur. Ötən dövrdə bu mərkəzlərdə ümumilikdə 1,51 mln. vətəndaşa xidmət göstərilib.

“Könüllü DOST” proqramına isə son 4 ayda daha 10,1 min müraciət olub və proqrama daha 504 nəfər cəlb edilib.

Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğanın andiçmə mərasimində ən azı 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Aynur Camal

Türkiyədə 6,1 bal gücündə zəlzələ oldu

İntizar Əmirova

NASA-ya saxta hissələri satmağa çalışıb: 800 min dollar ödəyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu