10 C
Baku
12 Dekabr 2024, 14:22
Baş xəbərSosial

Dövlət qurumlarının əməkdaşlarına iki günlük təlim təşkil olundu

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının əməkdaşlarına 2 günlük təlimlər təşkil edib.

Təlimi peşəkar təlimçi, Etika Akademiyasının rəhbəri Günel İbrahim keçib. O, sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq  sahələrini peşəkarcasına önə çəkib.

Günel İbrahim dövlət qurumlarının əməkdaşlarına təlim keçdi
Günel İbrahim, təlimçi

Əlilliyi olan qadın və qızlara dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar tərəfindən münasibətin yaxşılaşdırılması, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, icitmai xidmətlərin keyfiyyətinin və müyəssərliyinin təmin edilməsi təlimin əsas məqsəd kimi qarşıya qoyulub.

“Əlil Qadınlar Cəmiyyəti”nin tədbiri

İki gün davam edən təlimdə G.İbrahim birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, əlilliyi olan qadınlarla davranış etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi, beyin alimlərinin ixtiraları əsasında davranış kodları, emosional zəka meyarları, xüsusi bədən dili, iş mühitində qeyri-verbal göndərmələr xəritəsi, nitq formulaları – xarizmatik, mütəxəssis, motivasiya nitqləri, narazılıqları sürətli dəf etmə texnikası, neyro estetika – beyin məşqləri, stresədavamlılıqla bağlı geniş və izahlı məlumat verib. Təcrübəsini bölüşüb.

Günel İbrahimin tədbiri
Təlim

Təlimdə Ədliyyə Naziriliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İinkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Baki şəhər Baş Polis İdarəsi, TƏBİB, KOBİA, Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsi, Təhsil İnstitutu, UBM, ASAN xidmət, DOST Agentliyi, Dövlət Məşğulluq Xidməti, Sosial Xidmət Agentliyi, TSEK, İTS, 1 nömrəli və Şaqan Reabilitasiya Mərkəzləri ilə yanaşı digər qurumların əməkdaşları iştirak ediblər. Təlim maraqlı anları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Sonda iştirakçılara sertifikatlar verilib.

Sertifikat təqdimetmə mərasimi oldu
Sertifikat təqdimetmə

Təlimdə həmçinin media mənsubları Səhiyyə Tv ilə Bu gün Tv-nin əməkdaşları da iştirak ediblər.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihə fəaliyyətə başladı

Aynur Camal

Xidmət mikroavtobusu minik avtomobili ilə toqquşdu və aşd;: 19 nəfər yaralandı

Bugün TV

Moped oğrusu yaxalandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu