8 C
Baku
23 Dekabr 2024, 7:22
Dünya

Dövlət işçilərinə WhatsApp-dan istifadə qadağan edildi

Şotlandiya hökumət işçilərinə telefonlarında WhatsApp proqramından istifadəni qadağan edəcəyini açıqlayıb. Şotlandiya hökuməti əməkdaşları üçün bəzi mesajlaşma proqramlarını qadağan etmək qərarına gəlib.

İngiltərənin rəsmi koronavirus araşdırması siyasətçilərin Meta-ya məxsus WhatsApp-dan necə istifadə etməsi ilə bağlı gərgin müzakirələrə səbəb olub və məsələ ilə bağlı araşdırma başlayıb.

Aparılan araşdırmalar çərçivəsində dövlət idarəçilərinin və əməkdaşlarının təhqiramiz məzmunlu mesajları üzə çıxıb.

Hökumətin bu proqramların istifadəsi ilə bağlı siyasətinin nəzərdən keçirilməsindən sonra gələn ildən bütün “korporativ olmayan mobil mesajlaşma proqramları” rəsmi cihazlardan silinəcək.

Bildirilib ki, qadağa “WhatsApp”, “Signal” və “Facebook Messenger” kimi rəsmi dövlət kommunikasiyaları üçün istifadə edilməyən bütün mesajlaşma proqramlarını əhatə edəcək.

Pandemiya zamanı korrupsiya faktlarının aşkar edilməsi üçün dövlət işçilərinin telefonları yoxlanılıb.

Keçmiş Birinci Nazir Nikola Sturgeon da daxil olmaqla yüksək vəzifəli şəxslər, pandemiya zamanı tətbiq vasitəsilə göndərdikləri mesajların əksəriyyətini sildiklərini etiraf etdikdən sonra əks reaksiya ilə üzləşdilər.

Mesajlarını silməyən məmurların danışıqları ictimaiyyətlə paylaşılıb.

MESAJLAR AÇIQLANIB

Pandemiya zamanı səhiyyə naziri vəzifəsində çalışan Həmzə Yusafın Şotlandiyanın yüksək rütbəli səhiyyə işçisi ilə görüşü zamanı keçmiş İşçi Partiyası deputatı Neil Findlay’ı “axmaq” kimi təsvir etdiyi mesajları ortaya çıxdı.

Başqa bir mesajda Yousaf şotlandiyalı yüksək səviyyəli hüquqşünası “Mühafizəkar axmaq” kimi təsvir etdi.

Qısa müddət baş nazir olan Hümzə Yusif haqqında pandemiya dövründə verdiyi mesajlara görə xüsusi istintaq başladılıb.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İran prezidentinin helikopterində sağ qalan tapılmayıb

Aynur Camal

Qərb bölgələrində havanın temperaturu enəcək

Bugün TV

İmperator pinqvinləri üçün “buz qırılması” təhlükəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu