15 C
Baku
30 Aprel 2025, 13:09
Baş xəbər

Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış etdi

Dövlət Rəqs Ansamblı Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında uğurla iştirak edib.

Festival çərçivəsində Çelyabinskdə 7, bölgənin şəhərlərində 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.

Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib.

Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub.

Bugun.tv xəbər verir ki, ansamblın ifasında “Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb, tamaşaçıların qəlbini fəth edib.

Ansamblın uğurlu çıxışına görə bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Konyada qadın müəllimə qarşı dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxs həbs edildi

Bugün TV

Google-dan İsrail ordusuna dəstək

Aynur Camal

Gürcüstan Gənclərin Avropa Qış Olimpiya Festivalına hazırlaşır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu