8 C
Baku
12 Dekabr 2024, 13:48
Baş xəbərSosial

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 16-cı ildönümüdür

Bugun.tv xəbər verir ki, Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 16-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 16-cı ildönümünün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyi xüsusi qeyd edilmiş, tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması vurğulanmışdır. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyimizə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib. Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi qürurla vurğulayıb.

DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı bu il uğurla başa çatıb.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və formalaşdırılmasında DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd olunub.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

Aynur Camal

Oxşar xəbərlər

Ormana kəndi BMT tərəfindən ən yaxşı turizm kəndi seçildi – Fotolar

Aynur Camal

Rusiyada GPS tipli naviqatorlar işləməyəcək

Aynur Camal

İki avtomobil toqquşdu: 9 yaralı var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu