24 C
Baku
11 Sentyabr 2025, 8:10
Baş xəbərİdman

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı- VİDEO

Bugun.tv-nin DSX mətbuat mərkəzindən əldə etdiyi məlumata əsasən İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kuboku başa çatıb.

Yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib. Komandamız keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlmişdir.

Qeyd edilib ki, final oyunu gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı isə heç-heçə tamamlanıb. Əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olublar.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim edilib.

Mənbə: dsx.gov.az

Aynur Camal

Oxşar xəbərlər

Bu bir ilkdir: O, süni ürəklə 100 gün sağ qaldı

Aynur Camal

Saman bağlamaları ilə yüklənmiş avtomobildə yanğın oldu

Bugün TV

Apple “Vision Pro” başlığını təqdim etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu