29 C
Baku
10 İyul 2025, 21:38
Baş xəbərSosial

Dövlət Turizm Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatı

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilir.

Bugun.tv -yə daxil olan məlumata əsasən, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti “5 günədək” artırılıb.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.

“Yolumuz Qarabağa!”

Aynur Camal

Oxşar xəbərlər

Finlandiyada rekord mənfi temperatur qeydə alındı

İntizar Əmirova

Facebook cinsi ayrı-seçkiliyə görə məhkəməyə verildi

Teymur Əziz

Ermənilərin milli kimliyinin faciəsi – “doğrular” və “yanlışlar”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu