29 C
Baku
1 İyun 2025, 14:08
Baş xəbərKriminal

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirləri davam edir

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirir.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, aparılan tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs həbs edilib, qalanları isə 400 manat miqdarında cərimə olunub.
Bundan əlavə, son 10 gün ərzində yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarına riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən monitorinqlər zamanı rayon ərazisində müvafiq sənədləri olmadan avtomobil idarə edən 64, sərxoş vəziyyətdə idarə edən 27, sərnişin daşıma qaydalarını pozan 24 sürücü də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Nigar Məmmədova

Oxşar xəbərlər

92 yaşlı kişi 78 yaşlı arvadını öldürdü

Bugün TV

Putinə sui-qəsd təşkil edildi

Aynur Camal

Böyük Britaniyanın ticarət elçisi ölkəmizdə səfərdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu