24 C
Baku
10 Sentyabr 2025, 2:13
Baş xəbər

Dövlət Əmək Müfəttişliyi Xidməti “HSE Awards 2024” müsabiqəsində mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “HSE Awards 2024” müsabiqəsində mükafata layiq görülüb.

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası tərəfindən təşkil edilən həmin müsabiqədə Xidmətin cari ildəki innovativ fəaliyyəti, əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində addımları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqənin “HSE Innovation Award” nominasiyası üzrə təltif olunub.

HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) mükafatlarının təqdim olunmasının əsas məqsədi müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ekoloji davamlılıqla bağlı ən yaxşı təcrübələri tanımaq və təşviq etməkdən ibarətdir.

Aynur Camal

Oxşar xəbərlər

Barış Akarsu pərəstişkarlarından gözlənilməz addım

Aynur Camal

Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib 

Bugün TV

Çinin kosmos macərası davam edir: İki yeni peyk buraxıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu