17 C
Baku
10 İyun 2025, 8:45
Baş xəbər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tam tərkibdə keçirilən ilk iclasında təşkilati məsələlərə baxılıb.

Tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, İctimai Şuranın yeni tərkibindən gözləntilərin yüksək olduğunu vurğulayıb və iştirakçıları Xidmətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə məlumatlandırıb, İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini bildirib.

Dövlət Miqrasiya Xidməti
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura

Daha sonra İctimai Şuranın açıq səsvermə yolu ilə rəhbər vəzifələrinə seçki keçirilib. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyev və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva İctimai Şuranın sədr müavinləri, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova isə Şuranın katibi seçiliblər.

Tədbir zamanı İctimai Şura üzvləri tərəfindən gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.

Bugün TV

Oxşar xəbərlər

Medvedev SVO-nun nə vaxt bitəcəyini bildirib

Aynur Camal

İşıqlı əməli ilə fəxarət zirvəsindən dünyamıza şəfəq saçan xanım

Aynur Camal

Türkiyə Bir Ürək… Yardım kampaniyasına rekord ianə: 115 milyard 146 milyon 528 min TLə çatdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu