Sosial

Dövlət Sosial Müdafiə Fondunun son məlumatı

Bugun.tv– yə daxil olan məlumata əsasən, yanvar-avqust aylarında DSMF-nin xərcləri 9 faiz və ya 425 mln. manat artaraq 5 mlrd. 5 mln. manat olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 6 faiz və ya 307 mln. manat çox olmaqla 5 mlrd. 273 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 297 mln. manat artaraq 4 mlrd. 182 mln. manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri 5 mlrd. 5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 425 mln. manat çoxdur.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Aynur Camal

The Guardian: Özünəinamı artırmağın yolları – psixoloqlar və ekspertlərdən yeni tövsiyələr

Aynur Camal

Anasız uşaqlara həsr olunan yeni layihə – “ANA həsrəti”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu