21 C
Baku
11 İyun 2025, 2:30
Baş xəbərHadisə

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi oldu

Bugun.tv xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Sərhəd Xidmətində əsgərlər and içdi
Andiçmə mərasimi

Tədbirdə çıxış edənlər əsgərlərin hərbi anda daim sadiq qalacaqlarını əminliklə bildiriblər. Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Əsgərlərin andiçmə mərasimi olub
Valideynlər əsgərlərlə görüşüb

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə əsgərlərin görüşü təşkil olunub.

Bugün TV

Oxşar xəbərlər

Ekvadorda zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Aynur Camal

“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır”

Aynur Camal

E.Hacıyev: “Azərbaycan polisi ölkədə kriminal vəziyyəti nəzarətdə saxlayır”-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu