Yaponiyanın “Dovşan adası” kimi tanınan Okuno adasında bu il bir nəfər dovşan öldürdüyü üçün saxlanılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər Seto daxili dənizindəki Okuno adasında 77 dovşanın öldürülməsi ilə bağlı işə Xirosima Rayon Məhkəməsində baxılıb.
Dovşanların “insanların zorakılığı nəticəsində öldürüldüyü” iddialarının nəzərə alındığı iddiada şübhəlilərdən Hotta Rikunun “7 dovşanı təpikləyərək ağızlarına qayçı basaraq öldürdüyü” müəyyən edilib.
Məhkəmə qərarına əsasən, Hotta “Heyvanların Mühafizəsi Qanunu”nu pozduğu üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Yaponiyanın Ətraf Mühit Nazirliyi hadisəyə cavab olaraq adada əlavə təhlükəsizlik kameraları quraşdırmağı planlaşdırır.
Hotta 2025-ci ilin yanvarında adada küçədə gedərkən dovşanı təpikləyərkən görünəndən sonra “heyvan amansızlığı” səbəbilə saxlanılıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Okuno adasında 500-ə yaxın yarı vəhşi dovşan yaşayır.
Mənbə: HurriYet