7 C
Baku
15 Dekabr 2025, 7:15
Baş xəbərDigər

Döyüş silahları könüllü təhvil verildi

Bugun.tv xəbər verir ki, Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Türk kinosunun məşhur aktrisası dünyasını dəyişdi

Bugün TV

6 mərtəbəli binada yanğın oldu

Bugün TV

Xərçəngi aşkar edən süni intellekt hazırlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu