Bugun.tv xəbər verir ki, Rusiyanın Çeboksari şəhərinə edilən dron hücumu nəticəsində 2 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
Bu barədə Oleq Nikolayev məlumat verib. Onun sözlərinə görə, yaralananlar arasında bir uşaq da var.
Bildirilib ki, xəsarət alanların əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada qalan yaralıların müalicəsi davam etdirilir.
Region rəhbəri qeyd edib ki, həkimlər və tibb personalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. O, həmçinin həlak olanların ailələrinə başsağlığı verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: TASS
