4 C
Baku
14 Dekabr 2025, 20:49
Baş xəbər

DSMF Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” təşkilatının təşkil etdiyi müsabiqənin qalibi oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil qərargahı Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” beynəlxalq qurumunun təşkil etdiyi “Global Brand Award 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Fondun təqdim etdiyi iş müsabiqənin münsifləri tərəfindən yüksək qiymətləndirilib və DSMF müsabiqədə “Investment and Securities Awards” kateqoriyası üzrə “İlin Ən Yaxşı Sosial Təminat Qurumu” ali mükafatına layiq görülüb.

“Global Brand Award 2024” müsabiqəsi beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müxtəlif sahələrdə ən önəmli nailiyyətləri qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.

Müsabiqədə ölkəmizlə yanaşı Belçika, ABŞ, Almaniya, İsveçrə və digər ölkələrdən qurumlar iştirak ediblər.

Qeyd edək ki, bu mükafat DSMF-nin bu il ərzində layiq görüldüyü 24-cü, son 3 ildə və cari ilin ötən dövründə isə 47-cı beynəlxalq mükafatdır.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Yeni süni intellekt bütün istifadəçilər üçün əlçatan oldu

Aynur Camal

“Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu başladı

Aynur Camal

İki fəhlə servisi toqquşdu: 10 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu