6 C
Baku
24 Fevral 2026, 1:58
Baş xəbər

DSMF “İlin Ən Yaxşı Pensiya Fondu” ali mükafatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində də uğur qazanıb.

Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə Fondda son illər aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.

Beləliklə, DSMF müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin Ən Yaxşı Pensiya Fondu” ali mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.

2016-cı ildən “The International 100” beynəlxalq qurumu unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr təşkil edir və innovativ layihələri, nailiyyətləri ilə fərqlənən qurumları müəyyən edərək təqdir edir.

Mənbə:

Aynur Camal

Oxşar xəbərlər

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Oruc tutarkən bədəninizi necə qidalandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu