19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbərKriminal

DSX cinayətlərlə bağlı məlumat yayıb

Dövlət Sərhəd Xidmətindən Bugun.tv-yə verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam edir.

Belə ki, sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

“Göytəpə” və “Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər sərhəd pozucusu və 1 (bir) nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Həmçinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Merrouche Ebdelouahab saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Məmmədov İlham İsaxan oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Eyni zamanda, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı 1988-ci il təvəllüdlü Şirəliyev Aqil Məhəmməd oğlu da  saxlanılıb.

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

Aynur Camal

Oxşar xəbərlər

Metroda cibgirlik edən iki nəfər tutulub-FOTO

Nigar Məmmədova

Medvedev Baydenin Ukraynaya səfərini şərh edib

Aynur Camal

“Qardaşlıq Dastanı” Türkiyədən Azərbaycana gəlir- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu