28 C
Baku
21 İyul 2025, 2:03
Baş xəbərKriminal

DSX məlumat yaydı

Dövlət Sərhəd Xidmətindən Bugun.tv-yə verilən məlumata görə, ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitələrin və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Həmçinin ötən gün saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd “metadon M-40” həbi aşkar olunub.

DSX- nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən  daha bir sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Aynur Camal

Oxşar xəbərlər

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində növbəti tapşırıqlar icra olunub – VİDEO

Aynur Camal

“Euronews” televiziyasında İlham Əliyevin müsahibəsi yayımlanıb

Bugün TV

İçkili vəziyyətdə avtoxuliqanlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu