9 C
Baku
14 Dekabr 2025, 0:06
Kriminal

DSX Xəzərdə bükülmüş vəziyyətdə narkotik aşkarlayıb

Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.

Bugun.tv  xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 70 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Bugün TV

Paytaxtda buçaqlanma hadisəsi baş verdi 

Kəmalə Sultan

Avtobus sərnişini soyuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu