3 C
Baku
14 Dekabr 2025, 14:29
Baş xəbər

BƏƏ səfirliyi turizm sektorunda investisiya imkanlarını təqdim etdi

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Dubay Turizm Departamenti, FlyDubai şirkəti, Voyager Group və AviaPartner şirkəti ilə birgə BƏƏ-nin turizm sektorunda investisiya imkanlarını təqdim edib. Tədbirdə 30-dan çox turizm şirkəti iştirak edib.

Səfir Mohammed AlBlooshi çıxışında turizmin təkcə səyahətdən ibarət olmadığını, eləcə də insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edib. Cənab səfir, həmçinin turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu vurğulayaraq, iştirakçılara BƏƏ-nin sərmayə üçün əlverişli qanunvericiliyi, iş adamları üçün çox münasib vergi qaydaları, BƏƏ hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli mühit barədə məlumat verib.

Səfir Al Blooshi qeyd edib ki, səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.

Tədbir şəbəkələşmə və müzakirələrlə davam etdi.

Aynur Camal

Oxşar xəbərlər

Köpəkbalıqlarının narkotik testi müsbət çıxdı!

Bugün TV

İnad edib pulu qəbul etmədi, indi peşmandır!

Aynur Camal

Sabahkı günün imsak-iftar vaxtının duaları

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu