Sosial media fenomeninin paylaşımlarından sonra Türkiyədə epidemiya halına gələn Dubay şokolad çılğınlığı Egey dənizinin o biri tərəfinə də yayılıb. Üstəlik, yunanlar bu şokoladı daha baha dadırlar.
Şokolad, püstə kremi və xırtıldayan kadayıfın qarışığı ilə hazırlanan və Türkiyədə dəb halına gələn Dubay şokoladı indi Yunanıstanı fəth edir. Dubayda ilk dəfə şokoladçı Sara Hamuda tərəfindən istehsal edilən, daha sonra isə Türkiyədə “Influencer”ın təqdimatı ilə partlayan şokolad yunanlar arasında bəyənildi və Selanik başda olmaqla bir çox şəhərdə şokoladçıların rəflərini dəyişdi.
Voria.gr xəbər verir ki, təzə kəsilmiş şokoladın cazibəsinə uyanlar Salonikidə şirniyyat evləri qarşısında uzun növbələr yaradırlar. Saloniki Şirniyyatçılar Dərnəyi və Ticarət Palatasının prezidenti Marios Papadopulos, Dubay şokoladının bu ilin Yeni il trendi olduğunu ifadə edərək, “Onları sınayanlar yenidən alırlar” deyib.

Digər tərəfdən Türkiyə kimi inflyasiyanın qurbanı olan yunanlar bu şokoladı almaq üçün xeyli pul ödəməli olurlar. Türkiyədə 450-550 lirə arasında dəyişən qiymətlərlə satılan Dubay şokoladına Yunanıstanda orta hesabla 17 avro (təxminən 625 lirə) ödəyir.
Mənbə: TgrtHaber
