33 C
Baku
20 İyul 2025, 19:55
Dünya

“Dubay şokoladı”na qadağa qərarı!

Səbəb TürkiyədirAlmaniyada bir supermarket “Dubay şokoladları”nın satışını qadağan edib. Buna səbəb şokoladın Türkiyədə istehsal olunmasıdır. Budur təfərrüatlar…

Almaniyanın Köln şəhərində məhkəmə “Dubay şokoladı” adı ilə satılan şokoladların satışını qadağan edib. Qərara səbəb kimi şokoladın Türkiyədə istehsal olunması göstərilib.

Berliner Morgenpost-da yer alan xəbərə görə, Aldi Süd supermarketlər şəbəkəsinin satışa çıxardığı ‘Alyan Handmade Dubai Chocolate’ adlı məhsul iş adamı Andreas Wilmersin şikayəti əsasında araşdırılıb. Şikayətdə məhsulların üzərində “Dubay şokoladı” yazılsa da, Türkiyədə istehsal olunduğu və bunun yanıltıcı olduğu iddia edilib. Məhkəmə qərarında belə bir qiymətləndirmə edib: “İstehlakçı bu şokoladın Dubayda istehsal edildiyini “Handmade Dubai Chocolate” ifadəsindən güman edir”. Bildirilib ki, məhsulun qablaşdırmasında kiçik hərflərlə yazılan “Origin: Türkiye” ifadəsi istehlakçıların qəbulunu düzəltmək üçün yetərli deyil.

Qərara uyğun olaraq, məhsulun satışına qadağa qoyulub və Aldi Süd də iddiaçının hüquqi xərclərini ödəmək tapşırılıb.

Digər tərəfdən, Dubaydan şokolad idxal edən Andreas Wilmers AFP-yə verdiyi açıqlamada, “Türkiyədə istehsal edilən şokoladın üzərinə “Handmade Dubai Chocolate” yazmaq yanlışdır. “Belə ifadələrin əvəzinə “Dubay üslubu” kimi daha təsviri dildən istifadə etmək olar”, o təklif edib. Wilmers daha əvvəl İsveçrədə də oxşar müraciət etmişdi və bu müraciət nəticəsində şikayətə məruz qalan şokolad istehsalçısı qablaşdırmasını dəyişməli olub.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Elektrik enerjisinin kəsilməsinin səbəbini müəyyən etmək günlər çəkəcək”

Aynur Camal

Los-Ancelesdə yanğınlar davam edir: Zərər 250 milyard dolları keçəcək

Aynur Camal

Sahibsiz itlərin probleminə həll yolu tapılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu