Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil müəssisələrinin, peşə akademiyalarının və təlim mərkəzlərinin yerləşdiyi azad zonanın mərkəzi olan “Dubai Knowledge Park”ı 20 illik yubileyi münasibətilə dünyanın ən böyük Rubik kubunu tikib.
Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, Dubaydakı bu nəhəng heykəltaraşlıq nümunəsi Ginnesin Rekordlar Kitabına düşüb. İnanılmaz instalyasiya hər birinin hündürlüyü təxminən bir metr olan 21 şüşə-lif kubdan ibarətdir. Tikilinin çəkisi 300 kiloqramdan çoxdur.