18 C
Baku
14 İyun 2025, 3:03
Dünya

Dünya alt-üst oldu! Təyyarə 2025-ci ildə havaya qalxıb, 2024-cü ildə eniş etdi

2025-ci ildə Honq-Konq hava limanından havaya qalxan təyyarə 2024-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə eniş edib. Təyyarədə olan sərnişinlər bu səyahətlə bir il geriyə gediblər.

2025-ci il yanvarın 1-də saat 00.25-də Honq-Konqdan havaya qalxan təyyarə Sakit Okeanı keçərək Los-Ancelesə enib. Lakin təyyarə eniş zamanı yerli tarix 2024-cü il idi. Belə ki, sərnişinlər 2025-ci ildə mindikləri təyyarədən 31 dekabr 2024-cü il saat 20.01-də düşüblər.

BU ZAMANDA SƏYAHƏT NECƏDİR?

Bunun səbəbi dünyanın 24 saatlıq saat qurşaqlarına bölünməsi və Sakit Okeandakı Beynəlxalq Tarix Xəttinin işə düşməsidir.

Beynəlxalq Tarix Xəttindən qərbdən şərqə uçarkən bir gün geri qayıdırsınız. Honq-Konq və Los-Anceles arasında 16 saatlıq vaxt fərqi və uçuşun təxminən 12 saat çəkməsi səbəbindən təqvim təyyarənin Los-Ancelesə çatdığı əvvəlki günü göstərir.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Mayın 14-də Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşəcəklər

Aynur Camal

Narkobaron çarpayının altında tapıldı

Kəmalə Sultan

Ayın səthində su əlamətləri aşkar edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu