14 C
Baku
22 Noyabr 2024, 4:55
Baş xəbərMədəniyyət

Dünya Barış Universitetinin rektoru: Biz adanın iddialı universitetlərindən biriyik – MÜSAHİBƏ

Bugun.tv xəbər verir ki, Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində sərgi açılıb. Bu barədə “Yeni Gundem”in məlumatına görə,sərgidə Şimali Kiprdə fəaliyyət göstərən təhsil ocaqları, inşaat-tikinti şirkətləri, hotel və banklar stendlərlə təmsil olunurlar. Eyni zamanda Şimali Kipr mətbəxinə aid müxtəlif təamlar nümayiş etdirilir. Qeyd edək ki, sərgidə Şimali Kiprin prezidenti Ersin Tatar, Baş nazir Ünal Üstel, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Azərbaycandakı təmsilçisi Ufuk Turqaner, iş adamları, deputatlar və media nümayəndələri iştirak ediblər.

Sərgidə iştirak edən, Dünya Barış Universitetinin rektoru, Professor DR Mustafa Sağsan Yeni Gundemə müsahibə verib.

O qeyd edib ki, biz Dünya Barış Universiteti olaraq bir ildir ki, fəaliyyət göstəririk.

– “Biz yeni universitetik. Universtetimiz Kiprin Lefkoşa rayonunda yerləşir. İndiyə qədər 17 bölməmiz var. Həmçinin magistratura və doktorantura proqramlarımız da mövcuddur. Biz adanın iddialı universitetlərindən biriyik. Bizim güclü heyətimiz var, onların əksəriyyəti İngiltərədə təhsilini başa vurub. Azərbaycanlı tələbələri adada yerləşən universitetimizdə keyfiyyətli təhsil almağa dəvət edirik.

– Hazırda Azərbaycandan tələbələriniz varmı?

– Bəli hazırda Azərbaycandan 5 tələbəmiz var. Və gələcək də daha çox olacaq.

– Universitetiniz daha hansı ölkələrlə müqavilələr bağlayıb?

– Ümumiyyətlə bizə Orta Asiyadan, daha çox Afrika ölkələrindən tələbələr gəlib və tezliklə Türkiyədən də gələcək.

– Azərbaycana ilk dəfədir gəlirsiniz?

– Bəli, ilk dəfədir. Bakı gözlədiyimdən daha gözəl şəhərdir. İlk növbədə küçələriniz çox təmizdir, buna görə Bələdiyyə Başçısına təşəkkür düşür. Məni ən çox şəhərnizdə səkilərin enniliyi, küçələrin və trasların genişliyi cəlb etdi. Düşünürəm bu cür gözəl mədəniyyət Bakıya rus sivilizasiyasından miras qalıb. Yəni Bakı mənim çox təsirləndiyim və təqdir etdiyim şəhərlərdən birinə çevrildi. Mən Avropa, Amerika əsasən Cənubi Amerikanı gəzmişəm. Amma Bakını onlar qədər gözəl təsəvvür etməmişdim. İndi sizin şəhəri də gəzib zövq alıram.

– Şəhərimizin hansı yerlərini gəzə bildiz?

– Hələlik Bakının mərkəzindəki restoran və kafeləri gəzə bildim. İnsanlarınız çox istiqanlı və qonaqpərvərdir. Bu da təbiidir. Çünki qədim ortaq əlaqələrimiz, qan bağlılığımız var. Hörmətli prezidentimiz Ersin Tatarın dediyi kimi, bu türkün təbii qan bağıdır və bu bağ heç vaxt bir-birindən ayrılmayacaq.

– Bakıda universitetlərlə əməkdaşlıq etmək istəyirsiz?

– Təbii ki, biz də bu haqda düşünürük. Biz ikitərəfli diplomlarımızla həm Bakıda, həm də Azərbaycanın digər universitetləri ilə əməkdaşlıq etməyi planlaşdırırıq. Qismətsə Mədəniyyət və Təqdimat Günlərində üç Universitetlə ikitərəfli diplom protokolu imzalayacağıq.

– Bilmək olar onlar Azərbaycanın hansı Universitetlərdir

– Mən hələ bu adları demək istəmirəm, çünki biz istəyirik ki, bunu ilk dəfə həmin universitetlərin tələbələrinə deyək.

– Bəs protokol imzalanandan sonra Şimali Kiprlə tələbələr də Azərbaycan Universitetlərində təhsil almağa gələcəklərmi?

-Təbii ki, bizim məqsədimiz də budur. İkitərəfli diplomlar əldə etdikdən sonra hər iki ölkənin tələbələri istədikləri universitetlərdə təhsil ala biləcəklər.

– Təşəkkür edirik.

– Buyurun. Azərbaycanda olmaqdan çox xoşbəxtik.

Mənbə: Yeni Gundem

 

Bugün TV

Oxşar xəbərlər

Çoxlu sayda ağac kəsilib

Bugün TV

Yaponiya ABŞ-a “Patriot PAC-2” raketdən müdafiə sistemləri verəcək

Aynur Camal

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu