neft qiymətləri, Brent nefti, WTI nefti, dünya enerji bazarı, Rusiya dizel yanacağı, OPEC proqnozu, Hörmüz boğazı, neft tədarükü
Dünya

Dünya bazarında neft ucuzlaşıb: qiymətlərə iki əsas amil təsir edir

Bugun.tv xəbər verir ki, bu gün oktyabrın 13-də dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. “Reuters” agentliyinin məlumatına görə, Rusiyadan əlavə dizel yanacağı tədarükü ehtimalı qiymətlərə azaldıcı təsir göstərib. Bununla yanaşı, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı təhlükələr bazarda narahatlığı davam etdirir.

Neftin qiyməti nə qədər dəyişib?

Reuters-in məlumatına görə, Bakı vaxtı ilə oktyabrın 13-ü səhər saatlarında Brent markalı neftin bir bareli 105,35 dollara, ABŞ-ın WTI markalı neftinin bir bareli isə 92,49 dollara enib.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın dünya bazarına dizel yanacağı tədarük etməyə razılaşdığını bildirib. Bu ehtimal yanacaq bazarındakı təchizat çatışmazlığının müəyyən qədər azalacağı gözləntisini yaradıb.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının enerji infrastrukturu ilə bağlı risklər və Hörmüz boğazı yaxınlığında tankerlərə qarşı hücumlar narahatlıq doğurur. Dəniz daşımaları və sığorta xərclərinin artması da enerji məhsullarının dünya bazarına çatdırılmasını çətinləşdirir.

OPEC-in bu il üçün dünya üzrə neft tələbatının artımı ilə bağlı proqnozunu aşağı salması da bazarın diqqətində olan amillərdəndir.

Mənbə:

Aynur Camal

Oxşar xəbərlər

Sağlam qidalanmaq üçün bahalı məhsullar almağa ehtiyac yoxdur: mütəxəssisdən büdcəyə uyğun menyu

Aynur Camal

BMT: 1,82 milyondan çox suriyalı qaçqın ölkəsinə qayıdıb

Aynur Camal

“Yandex” xidmətlərindəki fasilələrdən istifadə edən dələduzlar aktivləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu