Bugun.tv xəbər verir ki, avqustun 14-dən 20-dək Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatına 100 gün qalıb.
Yarışın rəsmi gerisayımına mayın 5-də start verilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova iştirak ediblər.
Rəsmi hissədən sonra uşaq və böyüklər atıcılıq məharətlərini nümayiş etdiriblər. Tədbir musiqi proqramı ilə davam edib.





