16 C
Baku
31 Mart 2026, 14:16
Digər

Dünya İqtisadi Forumundan Türkiyə ilə bağlı diqqətçəkən açıqlama

World Economic Forum (WEF) Türkiyənin qlobal iqtisadi sistemdə rolunun güclənməsi üçün əlverişli mövqedə olduğunu açıqlayıb.

Qurumun yaydığı məlumata əsasən, İstanbul şəhərində Türkiyə üzrə ölkə strategiyası toplantısı keçirilib. Tədbirdə dövlət rəsmiləri və beynəlxalq biznes dairələrinin nümayəndələri iştirak ediblər.

Açıqlamada bildirilib ki, dəyişən geosiyasi şərait və qlobal iqtisadi parçalanma fonunda Türkiyə strateji əhəmiyyətini daha da artırır. Xüsusilə ölkənin Avropa, Asiya və Yaxın Şərq arasında körpü rolu oynaması onun qlobal ticarət və logistika zəncirlərində mövqeyini gücləndirir.

WEF Türkiyənin güclü sənaye bazasına malik olduğunu və G20 ölkələri arasında mühüm iqtisadi aktor kimi çıxış etdiyini vurğulayıb. Bildirilib ki, ölkə həm investisiya cəlbi, həm də istehsal və ticarət şəbəkələrinin inkişafı baxımından önəmli imkanlara sahibdir.

Toplantıda Türkiyənin beynəlxalq tərəfdaşlıqları genişləndirmək, iqtisadi dayanıqlığını artırmaq və qlobal iqtisadiyyatda daha güclü mövqe tutmaq məqsədləri müzakirə olunub.

Tədbirdə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə yanaşı, digər yüksək vəzifəli rəsmilər də iştirak ediblər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəzzalı uşaqların ürəkdağlayan “dəfn oyunu” gündəm oldu

Aynur Camal

Ağ Evdən açıqlama: İran razılaşmaya daha meyllidir

Aynur Camal

Alimlərdən yeni kəşf: Gün rejimi pozuntusu artıq çəkiyə səbəb ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu