8 C
Baku
21 Dekabr 2025, 21:51
Digər

Dünya İqtisadi Forumunun qurucusu Klaus Şvaba qarşı irəli sürülən ittihamlar əsassız sayıldı

Bugun.tv xəbər verir ki, Forum tərəfindən müstəqil hüquq firması vasitəsilə aparılan araşdırmanın nəticələrinə əsasən 87 yaşlı K.Şvabın hər hansı ciddi qayda pozuntusuna yol verdiyini sübut edən dəlillər aşkarlanmayıb. Forumun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, şəxsi fəaliyyətlə təşkilat arasında müşahidə olunan cüzi uyğunsuzluqlar məqsədli deyil, əksinə K.Şvabın təşkilata dərin bağlılığını əks etdirir. Qeyd edək ki, bu ilin yaz aylarında ABŞ-ın “Wall Street Journal” nəşrində K.Şvab və həyat yoldaşının maliyyə və etik davranışlarına dair anonim mənbələrə əsaslanan ittihamlar yayımlandıqdan sonra o, rəhbərlikdən müvəqqəti uzaqlaşmışdı. O, ittihamları rədd etmiş və iftira xarakterli məlumatlarla əlaqədar hüquqi prosedura başlamışdı.

Bugün TV

Oxşar xəbərlər

Alimlər C vitamininin soyuqdəymə ilə mübarizə apardığı mifi təkzib etdilər

Aynur Camal

Freshbooks Vs Quickbooks 2025 Comparison

Bugün TV

Aydında 26 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu