DünyaMaraqlı faktlar

Dünya min il daha təhlükəsizdir – ALİMLƏR AÇIQLAMA VERDİ

Bugun.tv xəbər verir ki, asteroidlərin kosmosdakı orbitlərini hesablayan alimlər dünyanın min il təhlükəsiz olduğunu açıqlayıblar. Xüsusilə Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) iri miqyaslı səma cisimlərini əvvəlcədən aşkarlayır və müxtəlif xəbərdarlıqlar edir.

ABŞ-ın Kolorado Boulder Universitetindən Oskar Fuentes-Munozun rəhbərlik etdiyi yeni araşdırmada 1000 il sonra böyük asteroidlərin orbitlərini hesablaya bilib.

Adətən, diametri 140 metr və ya daha böyük olan meteoritlər potensial təhlükəli hesab olunur. Əgər onlar Yerin yaxınlığında yerləşirlərsə, onlar Yerə yaxın obyektlər kimi təsnif edilirlər.

Digər tərəfdən, tədqiqatçılar Yerə yaxın olan bütün obyektləri aşkar etmək mümkün olmadığını vurğulayırlar. Hesablamalar göstərir ki, diametri 1 kilometrdən böyük olan obyektlərin 95 faizi astronomlar tərəfindən aşkar edilir.

Bu o deməkdir ki, hələ də müşahidə olunmayan bir meteoritin min ildən az müddətdə Yerə düşmə ehtimalı var.

Mənbə: SABAH

Teymur Əziz

Oxşar xəbərlər

80 yaşlı kişi 4 silahlı qulduru məğlub etdi

Teymur Əziz

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat edib

Aynur Camal

Britaniya vətəndaşı məhbus Qəzzada

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu