Yeni ilə sayılı günlər qalıb. Bu bayram hər bir ölkədə fərqli, özünəməxsus şəkildə qeyd olunur.
Yeni il həm də yeni arzu və ümidlər deməkdir. Düzdür, növbəti ilin bizə hansı sürprizlər gətirəcəyini bilmək mümkünsüzdür, amma bir çox ölkələrdə yeni ilin ağrı-acısız, xoş keçməsi üçün bu bayram fərqli şəkildə qeyd edilir.
Bugun.tv dünya ölkələrində mövcud olan maraqlı Yeni il adətlərini təqdim edir:
Yaponiyada əhali ili təhvil verilən heyvanın maskasını taxaraq, 108 dəfə zəng çalınan məbədə toplaşır.
Kolumbiyada yeni ili səyahətlərlə keçirmək üçün insanlar çamadanla şəhərdə gəzirlər.
İspanlar saat 12 olan kimi ayları və uğuru simvolizə etdiyi üçün 12 üzüm giləsi yeyirlər.
Peruda Yeni il günü Takanakuy festivalı keçirilir. Bu festivalda insanlar bir-birini yumruqlayaraq, növbəti ili daha xoş keçirəcəklərini düşünürlər.
Sibirlilər soyuq hava şəraitinə baxmayaraq, buzlu suya girirlər.
Vyetnamda Yeni ilin ilk günü Tet Nquen Dan adlı dövlət bayramı keçirilir .Üç gün davam edən bayramda yeni ilin simvolu sayılan ərik və şaftalı ağacları satılır.
Çində isə Yeni ilin simvolu zəng hesab olunur. İnanca görə, zəngdən sonra gələn güclü səs evi evə bədbəxtlikdən qoruyur və uğur gətirir.
Şotlandiyada isə bayram günü şəlləyi yandıırb küçə boyu sürürlər. Bununla da köhnə ili yandıırb yeni ilin yolunu işıqlandırdıqlarına inanırlar.
Bayramı harda və necə keçirməyinizdən asılı olmayaraq,arzu edirik ki, yeni ildə hər şey ürəyinizcə olsun. Bayramınız mübarək!