Dünya

Dünya Papasının Qəzzadakı xristian icmasına video zəngi

Roma Papası Fransisk Qəzzada xristianları ərəbcə “Əssəlamu əleykum” deyərək salamlayıb və camaata “Sizin üçün dua edirəm” deyib.

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzadakı xristian icması ilə telefon danışığı aparıb.

Vatikanın rəsmi xəbər platforması VaticanNews-da yer alan xəbərə görə, İsrailin Qəzzanı bombardmanlarına başladığı gündən bəri Papa Fransisk hər axşam saat 19:00-da Qəzzada xristianlarla müntəzəm olaraq görüntülü danışıq aparır.

Xəbərdə Papanın 600-dən çox camaatı olan Müqəddəs Ailə Kilsəsinin keşişi Qabriele Romanelli və onun köməkçisi keşiş Yusuf Əsədlə son görüşünün təfərrüatları yer alıb.

Bildirilib ki, Roma Papası görüş zamanı camaatın vəziyyəti və nə yedikləri ilə bağlı suallar verib. Roma Papasının ərəbcə “Salamu aleykum” deyərək başladığı çıxışında “Sizin üçün dua edirəm”. Dediyi kimi qeydə alınıb.

Keşiş Yusuf Əsəd ərəbcə “Şükür” deyərək həm mehriban çağırışına, həm də dualarına görə Papaya təşəkkür edib, Papa da eyni şəkildə “Şükür” deyərək cavab verib.

Roma Papası Fransisk bundan əvvəl müxtəlif hallarda Qəzzanın xristian icması ilə mütəmadi əlaqə saxladığını və oradakı vəziyyətlə bağlı birbaşa məlumat aldığını bildirmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qlobal istiləşmənin şok edici artmasına səbəb nədir?

Aynur Camal

NATO-nun baş katibi Rutte: Putin sülh istəmir

Aynur Camal

İnsanları qorxu bürüdü, “Boeing 737 MAX ilə uçmaqdan necə çəkinməli”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu