16 C
Baku
26 Mart 2026, 18:37
Dünya

Dünya şöhrətli restoranlarda “qaranlıq tərəflər” müzakirə olunur

Dünya üzrə yüksək səviyyəli restoran sənayesində iş şəraiti və davranış problemləri yenidən gündəmə gəlib.

Dünyaca məşhur aşpaz Rene Redzepinin keçmiş davranışlarına görə işçilərdən üzr istəməsi və Noma restoranından ayrıldığını açıqlaması geniş müzakirələrə səbəb olub.

Məlumata görə, Redzepi rəhbərlik etdiyi mətbəxdə sərt və bəzən zorakı davranışlarda ittiham olunub. Bu iddialar yüksək reytinqli restoranlarda uzun illərdir mövcud olan gərgin və psixoloji təzyiq dolu iş mühitini yenidən diqqət mərkəzinə gətirib.

Ekspertlər və sənaye nümayəndələri hesab edir ki, bu hadisə kulinariya dünyasında dönüş nöqtəsi ola bilər. Onların fikrincə, onilliklər boyu “mükəmməllik naminə sərtlik” kimi qəbul edilən yanaşma artıq ciddi şəkildə sorğulanır.

Araşdırmalar göstərir ki, bəzi məşhur restoranlarda fiziki və psixoloji təzyiq peşəkar inkişafın “normal hissəsi” kimi qəbul olunub. Bu isə işçilər arasında stress, tükənmişlik və digər psixoloji problemlərə səbəb olub.

Qeyd olunur ki, klassik mətbəx idarəetmə sistemi – sərt iyerarxiyaya əsaslanan “briqada sistemi” – bu cür davranışların yayılmasına şərait yarada bilər. Bəzi mütəxəssislər isə bu sistemin artıq köhnəldiyini və dəyişdirilməsinin vacibliyini bildirir.

Bununla yanaşı, bəzi aşpazlar sərt iş mühitinin yüksək nəticələr əldə etmək üçün zəruri olduğunu müdafiə edir. Onların fikrincə, bu sahədə uğur qazanmaq üçün ciddi intizam və fədakarlıq tələb olunur.

Mütəxəssislər isə bildirir ki, sənayedə dəyişikliklər qaçılmazdır və işçilərin hüquqlarının qorunması, sağlam iş mühitinin yaradılması artıq prioritet məsələyə çevrilir.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Xarkovda yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Aynur Camal

Britaniyada yağışlı hava turizmin cəlbedici hissəsinə çevrilir

Aynur Camal

Tramp: İranla bağlı hadisələr “müharibə” deyil, hərbi əməliyyatdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu