20 C
Baku
13 Sentyabr 2025, 23:59
Digər

Dünya ulduzlarının konsertləri Budapeştə daha çox turist cəlb etdi

Bugun.tv Milli Turizm Məlumat Mərkəzinin (NTAK) statistik göstəricilərinə istinadla xəbər verir ki, iyulun 14-dən 20-dək Budapeşt mehmanxanalarında 175 minə yaxın insan yerləşdirilib. Bu da əvvəlki həftədən 10 faiz çoxdur. Gecələmələrin sayı 347 mini (+8 faiz) keçib, eyni zamanda qonaqların 86 faizini xarici turistlər təşkil edib. Əsas axınlar Böyük Britaniya, Almaniya, ABŞ, Polşa və İspaniyadan gəlib. İyulun 15-də keçirilən “Guns N’ Roses” konsertinin təsiri xüsusilə nəzərə çarpırdı: şəhərdə turistlərin sayı adi bir günlə müqayisədə demək olar ki, üçdə bir artdı. Cennifer Lopesin çıxışı da eyni dərəcədə maraq doğurub – həmin gün macar turistləri tərəfindən sifarişlərin sayı əvvəlki həftə ilə müqayisədə 20 faiz artıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Q.Məhərrəmli: “Yalançı alimlər niyə çoxalır?”

Nigar Məmmədova

Avropa şirkəti İrana sərnişin təyyarələrinin çatdırılmasını ləğv etdi

Kəmalə Sultan

“8 Noyabr”- ölkəmizin enerji siyasətinin davamlı uğurlarının növbəti nümunəsidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu