10 C
Baku
19 Mart 2026, 23:48
Baş xəbərDünya

Dünya üzrə quraqlıq səbəbindən hovuzlar qadağan edildi

Bugun.tv xəbər verir ki, Fransa hökuməti quraqlıq səbəbindən cənub bölgəsində üzgüçülük hovuzlarının satışını qadağan edəcəyini açıqlayıb.

Fransanın Ekoloji Keçid Naziri Christophe Bechu: “Ölkənin Şərqi Pireney bölgəsi su qıtlığından əziyyət çəkdiyi bir vaxtda insanların hovuzlarını doldurmasına icazə verilməməlidir. Təbiətdə baş verənlərə və içində olduğumuz vəziyyətə əsaslanaraq insanlar qlobal ideyaya alışmalıdırlar” – deyib.

Bechu, qərarın mayın 10-da qüvvəyə minən yeni böhran tədbirlərinin bir hissəsi olduğunu söyləyib.

Regional qubernator Rodrigue Furcy-nin sözlərinə görə, Fransanın cənubunun çox hissəsi 1959-cu ildən bəri ən quraq mövsümü yaşayır.

Hazırda Fransada həyata keçirilən suya qənaət tədbirləri insanların çəmənliklərini və çiçəklərini sulamasını və ya avtomobillərini yumasını qadağan edir.

Mənbə: TimesofMalta

Aynur Camal

Oxşar xəbərlər

Tramp: İranla müharibə üçün 200 milyard dollar tələb oluna bilər

Aynur Camal

Yaxın Şərqdə gərginlik artır: enerji obyektlərinə hücumlar nefti bahalaşdırdı, Tramp İsrailə çağırış etdi

Aynur Camal

İspaniya hərbçiləri Türkiyə üzərindən təxliyə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu