28 C
Baku
11 Sentyabr 2025, 14:29
Dünya

Dünyaca məşhur reper Dreykin malikanəsi su altındadır!

Kanadada rekord miqdarda yağan yağış nəticəsində küçələri və evləri su basıb. Ölkənin meteorologiya idarəsindən verilən açıqlamada, paytaxt Torontoda 1941-ci ildən bəri ən yüksək yağıntı qeydə alınıb.

Dünya şöhrətli reper Dreyk də sosial media hesabında su altında qalan evinin görüntülərini paylaşıb.

Ötən gün Kanadada baş verən fırtına və güclü yağış həyata mənfi təsir edib.

Prospektlər və küçələr su altında qalıb

Ölkənin meteorologiya xidmətinin verdiyi açıqlamada, paytaxt Torontoda 1941-ci ildən bəri ən yüksək yağışın görüldüyü və şəhərə 4 düym yağışın düşdüyü bildirilib.

Torontoda rekord yağışlar səbəbindən küçə və prospektləri su basıb.

Təxminən 167 min insanın işıqsız qaldığı şəhərdə sürücülər su basmış yollarda qalıb.Yağışlar nəticəsində bir qatar stansiyasının su altında qaldığı görülərkən, bir çox evi də su basdı.

Səlahiyyətlilər avtomobillərində sıxışmış ən azı 14 nəfəri xilas etdiklərini açıqlayıb.

Dünyaca məşhur reper Dreyk də sosial media hesabında su altında qalan evinin görüntülərini paylaşıb.

Həmçinin Billy Bishop hava limanında bir çox reyslər təxirə salınıb və ya ləğv edilib.

Mənbə: TGRT

Sevinc Sadıqova

Oxşar xəbərlər

Braziliyada böyük dağıntılar baş verdi: fövqəladə vəziyyət elan edildi

Aynur Camal

İrandan ABŞ-a danışıqlar üçün mesaj

Aynur Camal

Hollandiya BCM-nin qərarına uyğun olaraq Netanyahunu ölkəyə gələndə həbs edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu