DünyaMədəniyyət

Dünyaca məşhur “Anadolu Atəşi” Bakıda səhnəyə çıxacaq

Bugun.tv xəbər verir ki, dünyaca məşhur “Anadolu atəşi” fevralın 8-də “Baku Crystal Hall”da səhnəyə çıxacaq.

Ötən ildən qastrol səfərlərinə başlayan komanda bütün dünyanı gəzib. Şou 106 ölkədə 45 milyondan çox tamaşaçı tərəfindən izlənilib. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin və s. ölkələrdə səhnəyə çıxıblar.  “Anadolu Atəşi” davamlı olaraq dünya səviyyəli tədbirlərdə iştirak edirlər. Bəhreyndə keçirilən Formula 1, Qətərdəki Asiya Olimpiya Oyunları, 2008-ci il Olimpiadaları və Çində keçirilən Asiya Sivilizasiyalarının mədəni karnavalı, İstanbulda UEFA Kubokunun finalında  şou  göstəriblər.

“Anadolu Alovunun Təkamülü” və “Troya” proqramları ilə sənətçilər dünyanın ən prestijli məkanlarında çıxış edirlər. Nyu Yorkdakı “Madison Square Garden”, “Münhen Olimpiya Salonu”,  Pekindəki “Böyük Xalq Zalı” və Paris Konqreslər Sarayında üç dəfə, qədim türk şəhəri Aspendosun amfiteatrında və  Misir piramidalarında səhnədə olublar.

Bugün TV

Oxşar xəbərlər

Növbəti “qırmızı Ay” tutulması gəlir (Blood Moon)

Aynur Camal

Sərnişinlər hava limanlarında ilişib qaldı

Aynur Camal

Orta Şərqdə müharibə genişlənir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu