Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Səhiyyə Təşkilatı (WHO) cari ildə ikinci Qlobal Ənənəvi Tibb Sammitini keçirib və eyni tədbir çərçivəsində dünyanın ən böyük Ənənəvi Tibb Qlobal Kitabxanasını istifadəyə verib.
Bu rəqəmsal kitabxana 1.5 milyonadək elmi məlumat və sənədlər toplayaraq ənənəvi, tamamlayıcı və inteqrativ tibbin təhlükəsizlik, keyfiyyət və elmi əsaslarla qiymətləndirilməsini təşviq edir.
Məqsəd – inkişaf etməkdə olan ölkələrdə sağlamlıq sistemini gücləndirərək səhiyyəyə bərabər çıxışı təmin etməkdir və bu, yeni Global Traditional Medicine Strategy 2025–2034 strategiyasının bir hissəsidir.
Mənbə: The İndian News
