11 C
Baku
20 Mart 2026, 23:19
Dünya

Dünyada 2,1 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada 2,1 milyard insanın hələ də təhlükəsiz şəkildə idarə olunan içməli su xidmətlərinə çıxışının olmadığını açıqlayıb.

Məlumata əsasən, UNESCO nümayəndəsi Bhanu Neupane BMT-nin Dünya Su İnkişafı Hesabatı ilə bağlı jurnalistlərə məlumat verib. O bildirib ki, son qlobal monitorinq nəticələri su böhranının hələ də ciddi səviyyədə davam etdiyini göstərir.

Neupane qeyd edib ki, dünyada 3,4 milyard insan təhlükəsiz sanitariya xidmətlərindən, 1,7 milyard insan isə evlərində əsas gigiyena imkanlarından məhrumdur. Son on ildə müəyyən irəliləyiş əldə olunsa da, davamlı inkişaf məqsədlərinə çatmaq üçün bu proses hələ də çox ləng gedir.

Hesabata görə, iqlim dəyişikliyi nəticəsində baş verən quraqlıqlar, daşqınlar və ekstremal hava hadisələri səbəbindən hər il ən azı 4 milyard insan minimum bir ay müddətində ciddi su qıtlığı yaşayır.

Bundan əlavə, dünyada 1,8 milyard insanın evində su mənbəyi yoxdur və bu evlərin təxminən 70 faizində suyun təmin edilməsi qadın və qız uşaqlarının üzərinə düşür. Bildirilir ki, qadınlar və qızlar hər gün ümumilikdə 250 milyon saatı su daşımağa sərf edirlər.

Ekspertlər vurğulayır ki, suyun əldə olunması üçün sərf edilən vaxt qadın və qızların təhsil, iş və ictimai həyatda iştirak imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bu proses zamanı onların fiziki xəsarət, zorakılıq və təzyiqə məruz qalma riski də artır.

Qeyd edək ki, sözügedən hesabat hər il Dünya Su Günü münasibətilə hazırlanır və 12 BMT qurumu ilə yanaşı, 44 müxtəlif tərəfdaşın iştirakı ilə tərtib olunur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ Rusiya neftindən imtinanı təxirə sala bilər – səbəb Yaxın Şərqdə gərginlik

Aynur Camal

Xamenei: ABŞ və İsrail İranda hakimiyyətin devriləcəyini düşünməklə səhv edib

Aynur Camal

Tramp: “Zelenski ilə işləmək Putindən daha çətindir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu