24 C
Baku
10 Sentyabr 2025, 6:41
Baş xəbərDünya

“Dünyada ekoloji və sosial uğursuzluqları vurğulamalıyıq”

Böyük Britaniya parlamentinin qarşısında minlərlə insan Yer Gününə etiraz olaraq aksiya keçirib.

Bugun.tv Aljazeera saytına istinadən xəbər verir ki, iqlim dəyişikliyi kampaniyası iştirakçıları Yer Gününü təbiətə və biomüxtəlifliyə diqqəti artırmaq üçün etirazla qeyd ediblər.

Aksiya cümə günü Ətraf Mühitin Mühafizəsi Qrupu Extinction Rebellion (XR- Yox olma üsyanı) adlı tədbirlə başlayıb.

Minlərlə etirazçı hökumətin “ekoloji uğursuzluqlarını vurğulamaq” üçün nəzərdə tutulmuş “The Big One” adlı dörd günlük aksiyanın bir hissəsi olaraq Britaniya parlamentinin qarşısına axışıb.

Yer Gününə təsadüf edən aksiya Vestminster abbatlığında, çoxu uşaqlar olan, heyvan geyimləri və maskalar taxan iştirakçılarla başlayıb.

“Bu fövqəladə haldır. Gələcək nəsillərin gözəl planetimizdən həzz alması üçün hamı bir araya gəlməlidir”- aksiyaya iki övladı ilə Uelsdən qatılan Jenny O’Hara Jakeway deyib.

Həmçinin etirazçılar “Mən daha çox etiraz etməliyəm, mənim həyatım iş və ailədir. Vəziyyətin aktuallığına görə passiv olmaq artıq seçim deyil”, “Biz iqlimi müdafiə edirik, amma polis bizi həbs edir” və digəri isə “Təbiəti qorumasaq sönmə əbədi olar”, “Biz planeti onu məhv edən insanlardan xilas etmək üçün buradayıq”, “Onlar mənim sevimli heyvanlarımdır, onların qorunmalarını istəyirəm” – kimi şüarlarla iştirak ediblər.

Mənbə: aljazeera.com

Aynur Camal

Oxşar xəbərlər

Bu gün Aşuradır

Aynur Camal

Azərbaycan Prezidenti: Biz İranla sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək

Nigar Məmmədova

Avropa Birliyi təsdiq etdi: AB-yə daxil olmayan ölkələrdən Şengen zonasına səyahət üçün yeni dövr

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu