Dünya

Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidadan xəstələnir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka bildirib ki, dünyada hər gün təxminən 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir. Branka 7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.

“Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidaya görə xəstələnir”. Branca, qida yoluxucu xəstəliklərin yüzdə 40-ının 5 yaşdan kiçik uşaqlarda görüldüyünü söyləyib.

Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən Branca, təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğuladı.

“Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Ərzaq yalnız təhlükəsiz olduqda qida ehtiyaclarını ödəyə bilər”, – Branka deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu