33 C
Baku
3 Sentyabr 2025, 17:03
Baş xəbərSosial

Dünyada qeydə alınan üçüncü ən isti ay iyul ayı oldu

Bugun.tv xəbər verir ki, Avropa Birliyinin (AB) peyk izləmə sistemi Copernicus İqlim Dəyişikliyi Xidmətinin (C3S) iyul ayında qlobal ortalama səthi və dəniz temperaturuna dair məlumatları dərc edib.Buna görə, İyul 2025 qlobal orta temperatur baxımından qeydə alınmış üçüncü ən isti iyul ayı olub və bu ayda ortalama səth temperaturu 16,68 dərəcə olaraq ölçülüb.

TRT Haber-in məlumatına görə, söhbət gedən ortalama temperatur, 1991-2020 dövründəki iyul ayları ortalamasından 0,45 dərəcə yüksək olub, sənaye əvvəli dövr ortalamasını isə 1,25 dərəcə ötüb.İyul 2025, rekord temperaturların müşahidə olunduğu 2023 və 2024-cü illərdəki iyul aylarına nisbətən müvafiq olaraq 0,27 və 0,23 dərəcə daha soyuq keçib.Bu çərçivədə, iyulda dünya üzrə rekord temperaturdan “yüngül bir rahatlama” yaşanıb. Ancaq, Avqust 2024-İyul 2025 dövrünü əhatə edən 12 aylıq qlobal orta temperatur 1991-2020 dövrünün 0,65 dərəcə və sənaye əvvəli dövr ortalamasının 1,53 dərəcə üstündə ölçülüb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Milli Məclisin deputatı Tərtərdə şəhid ailəsini ziyarət edib

Aynur Camal

Deputat quru sərhədlərinin bağlı qalmasından YAZDI

Aynur Camal

Aİ vətəndaşlarına 72 saatlıq ləvazimat ehtiyatı toplamağa çağırış

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu