34 C
Baku
27 İyul 2025, 11:35
Dünya

Dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” tayfası üzə çıxdı

Amazon meşələrində dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” tayfasının ilk dəfə fotosu çəkilib.

  “Maşko-Piro” qəbiləsinin “yer üzündə təmasda olmayan ən böyük qəbilə” olduğu təxmin edilir.

Yerli əhalinin hüquqları üçün çalışan qeyri-hökumət təşkilatı olan Survival International, Perunun cənub-şərqində ağac kəsmə əməliyyatları zamanı yerli qəbilələrin müşahidə edildiyini açıqlayıb.

Monte Salvado bölgəsində çəkilmiş fotoşəkillərdə 50-dən çox “Mashco-Piro” qəbilə üzvü göründüyü halda, səlahiyyətlilər yaxınlıqdakı Puerto Nuevo bölgəsində 17 nəfərdən ibarət fərqli bir qrup aşkar etdilər.

Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən Survival International könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin ağac kəsmə lisenziyalarının ləğv edilməsini və torpaqların Maşko Piro əhalisinə təhvil verilməsini tələb edir.

750-dən çox üzvü olduğu düşünülən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan “Mashco-Piro” qəbiləsinin “dünyanın ən böyük əlaqəsi olmayan qəbilə” olduğu təxmin edilir.

Mənbə: Anadolu Agentliyi

Sevinc Sadıqova

Oxşar xəbərlər

Misirdə 3500 illik kəşf: Fironun məzarı açıldı

Aynur Camal

Qaçqınlara və imkansız qruplara dəstək olmaq üçün “moda dünyasına” atıldı

Aynur Camal

Google-un reklam imperiyasına zərbə: ABŞ-dan tarixi müdaxilə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu