16 C
Baku
16 Noyabr 2025, 3:36
Dünya

Dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” tayfası üzə çıxdı

Amazon meşələrində dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” tayfasının ilk dəfə fotosu çəkilib.

  “Maşko-Piro” qəbiləsinin “yer üzündə təmasda olmayan ən böyük qəbilə” olduğu təxmin edilir.

Yerli əhalinin hüquqları üçün çalışan qeyri-hökumət təşkilatı olan Survival International, Perunun cənub-şərqində ağac kəsmə əməliyyatları zamanı yerli qəbilələrin müşahidə edildiyini açıqlayıb.

Monte Salvado bölgəsində çəkilmiş fotoşəkillərdə 50-dən çox “Mashco-Piro” qəbilə üzvü göründüyü halda, səlahiyyətlilər yaxınlıqdakı Puerto Nuevo bölgəsində 17 nəfərdən ibarət fərqli bir qrup aşkar etdilər.

Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən Survival International könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin ağac kəsmə lisenziyalarının ləğv edilməsini və torpaqların Maşko Piro əhalisinə təhvil verilməsini tələb edir.

750-dən çox üzvü olduğu düşünülən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan “Mashco-Piro” qəbiləsinin “dünyanın ən böyük əlaqəsi olmayan qəbilə” olduğu təxmin edilir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə vətəndaşı Məscidül-Əqsada polis tərəfindən saxlanıldı

Bugün TV

Yaponiyaya kabus kimi düşdü! Bazarlar boşdur, minə yaxın reys ləğv edilib! Yenidən həyəcan təbili çalındı

Aynur Camal

Afrikadan gələn maraqlı görüntü müzakirələrə səbəb oldu: Bütün heyvanlar bir nöqtəyə diqqət yetirdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu